Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" – "Qəbələ" matçının biletləri satışda
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri bu gün iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 20:30-da start veriləcək.
Oxşar xəbərlər
“Qarabağ” – “Kəpəz” matçının biletləri satışda - Misli Premyer Liqası
“Qarabağ” – “Şamaxı” matçı 5 manata - Misli Premyer Liqası
“Qarabağ” – “Qəbələ” matçı 5 manata - Misli Premyer Liqası
"Qarabağ"ın matçı cəmi 5 manata - Bilet satışı
Azərbaycan derbisi üçün biletlər satışda - Sabahdan
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası