reklam
ADBTİA tələbələri futzal turnirindəki haqsızlığa belə etiraz etdilər -
Sportfm.az xəbər saytı

ADBTİA tələbələri futzal turnirindəki haqsızlığa belə etiraz etdilər -VİDEO


Futzal üzrə ali və orta ixtisas məktəbləri arasında keçirilən "Tələbə Kuboku"nda mübarizə aparan ADBTİA komandası haqsızlıqla üzləşib. 
Sportfm.az saytının əldə etdiyi məlumata görə, bu durum turnirdə iştirak edən "idmançı tələbələr" Bakı Dövlət Universitetinin komandasını 22-0 hesabı ilə məğlub etdikdən sonra yaranıb. Oyundan bir gün sonra 1/4 finalda iştirak etmək üçün "Neftçi Baza"nın idman zalına gələn ADBTİA komandası şok xəbərlə qarşılaşıb. Turniri təşkil edən Tələbə Futbol Federasiyasının və Təhsil Nazirliyinin rəsmiləri bildirib ki, ADBTİA-ya texniki məğlubiyyət verilib və 1/4 finalda BDU-nun komandası çıxış edəcək. Səbəb kimi isə oyunçuların bəzilərinin peşəkar futzalçı olması göstərilib. Qərara etiraz edərək, apellyasiya vermək istəyən "idmançılar"ın rəhbərliyinə isə deyilib ki, bunu edə bilməzsiniz. Çünki, turnirdə apellyasiyalara baxılmır. İddialara görə, məlum hadisədən sonra BDU komandasının üzvü olan bəzi tələbələr bildirib ki, onsuzda ADBTİA-ya məğlubiyyət veriləcəyini öncədən biliblər. "İdmançı tələbələr" haqqlarının tapdalanması ilə razılaşmayıblar. Nəticədə onlar BDU-nun meydana çıxdığı oyunda etirazlarını fərqli şəkildə dilə gətiriblər.
Qeyd edək ki, futzal üzrə Birinci Liqada yarışan ADBTİA-nın üzvləri peşəkar statusa malik deyillər. Belə ki, Birinci Liqa həvəskar yarış statusu daşıyır. 
Həmin görüntüləri sizlərə təqdim edirik. 
 

Oxşar xəbərlər

Futzal üzrə Tələbə Liqasına yekun vuruldu
ADBTİA tələbələri yeni tədris korpusunda dərslərə başladı - FOTO
Azərbaycan futzalının məğlubedilməz komandası mübarizəni dayandırdı!
Tələbələr arasında yarımfinalçılar məlum oldu
Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər