reklam
Tələbələr arasında yarımfinalçılar məlum oldu
Sportfm.az xəbər saytı

Tələbələr arasında yarımfinalçılar məlum oldu


Bütün yarımfinalçılar bəlli oldu

 
Tələbələr arasında keçirilən respublika çempionatinin 1/4 final mərhələsinin oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, görüşlər Olimpiya idman növləri üzrə milli komandaların təlim-məşq mərkəzində və "Bayıl Arena”da baş tutub.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin futbolçuları ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları arasındakı oyun 2-1 hesabı ilə ABTİA-nın xeyrinə başa çatıb. "İdmançılar”ın qollarını M.Rzayev, N.Mahmudov vurub. "Neftçi”lərin heyətində isə F.Əfəndizadə fərqlənib.
 
Daha sonra meydançaya Şirvan Şəhər Dövlət İqtisadiyyat və Humanitar Kollecinin və Azərbaycan Texniki Universitetinin komandaları çıxıblar. Bu görüşdə isə Texniki Universitetin komandası minimal hesabla qalib gələrək (1:0) yarımfinala vəsiqə qazanıb.
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə futbolçuları ilə Milli Aviasiya Akademiyasının komandalarının qarşılaşmasında "inşaatçılar” seviniblər – 2:1. Memarlıq Və İnşaat Universitetindən S.Əlişanov, F.Behbudov, Milli Aviasiya Akademiyasından isə İ.Rüstəmov fərqlənib.
 
1/4 final mərhələsinin sonuncu oyunu isə Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universiteti arasında baş tutub. Bu görüşdə final mərhələsinin ən böyükhesablı nəticəsi qeydə alınıb. Bakılı tələbələr gəncəli həmkarlarını meydana çıxmağa peşman ediblər – 11:1. BDU-nun tələbələrindən M.Əsgərov (3), X.Piriyev (4), R.Hüseynov, M.Həsənli, İ.Allahverdiyev və S.Abdullayev, Gəncəli tələbələrdən isə M.Bayramov fərqlənib.
 
Beləliklə, ADBTİA, ATU, AMİU və BDU komandaları mübarizəni yarımfinalda davam etdirəcəklər.
 
Qeyd edək ki, final yolunda ADBTİA ATU, BDU isə AMİU ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Futzal üzrə Tələbə Liqasına yekun vuruldu
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Azərbaycan çempionatının açılış mərasmi keçiriləcək
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər