reklam
Şahmatçı 6 qolla bombardir oldu -
Sportfm.az xəbər saytı

Şahmatçı 6 qolla bombardir oldu -FOTO


Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.

Sportfm.az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. 

Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda həmçinin "Shamkir Chess 2018" superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. 

Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsilə yekunlaşıb. "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə, norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub. Sonda qalib komanda kubokla mükafatlandırılıb.

Oxşar xəbərlər

Maqnus Karlsen Azərbaycanı 2 mükafatla tərk edir - FOTO
“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşdi
Dünya şahmatının liderləri Şəmkirə toplaşacaq
“Shamkir Chess-2018” super şahmat turnirinin iştirakçıları müəyyənləşdi
“Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər