“Shamkir Chess-2018” super şahmat turnirinin iştirakçıları müəyyənləşdi
Azərbaycanın məhrum şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” super turnirinin iştirakçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, turnir aprelin 18-dən 28-dək Şəmkirdə keçiriləcək. Ümumilikdə 10 şahmatçının qatılacağı yarış dairəvi sistem üzrə 9 turdan ibarət olacaq. “Shamkir Chess-2018”də hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik, güclü hollandiyalı şahmatçı Aniş Giri, çinli Dinq Liren, bolqarıstanlı Veselin Topalov, daha bir rusiyalı Sergey Karyakin mübarizə aparacaqlar. Yarışda Azərbaycanı hazırda dünya reytinqində ikinci olan Şəhriyar Məmmədyarov, beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.
Xatırladaq ki, sonuncu iki “Shamkir Chess” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Oxşar xəbərlər
“Shamkir Chess 2019”: beşinci turun oyunları keçirildi - FOTO
“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşdi
Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı
Dünya şahmatının liderləri Şəmkirə toplaşacaq
“Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası