Maqnus Karlsen Azərbaycanı 2 mükafatla tərk edir -FOTO
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində ənənəvi olaraq Vüqar Həşimov Akademiyasının təsis etdiyi "Ədalətli oyun" mükafatının sahibi elan olunub.
Turnir zamanı dünya çempionu Maqnus Karlsen təltif olunub.
Daha bir mükafat turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova verilib. F.Həsənov Vüqar Həşimov Memorialının keçirilməsində göstərdiyi xidmətlərə görə fərqlənib. Hər iki mükafatı Vüqar Həşimovun qardaşı Sərxan Həşimov təqdim edib.
"Shamkir Chess 2019" Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov yarışda birinci yeri tutan Maqnus Karlsenə qalib üçün hazırlanan kuboku təqdim edib.
Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.
Oxşar xəbərlər
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
“Shamkir Chess 2019” superturnirinə yekun vuruldu
“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşdi
Dünya şahmatının liderləri Şəmkirə toplaşacaq
“Shamkir Chess-2018” super şahmat turnirinin iştirakçıları müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası