“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşdi
Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2019” super turnirinin iştirakçıları məlum olub.
Sportfm.az xəbər verir ki, martın 31-dən aprelin 9-dək keçiriləcək altıncı Vüqar Həşimov memorialında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk, Sergey Karyakin, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov iştirak edəcəklər.
Qeyd edək ki, bu nüfuzlu yarışda dünyanın ən güclü şahmatçıları mübarizə aparırlar.
Xatırladaq ki, ötənilki turnirin qalibi Maqnus Karlsen olub.
Oxşar xəbərlər
“Shamkir Chess 2019” superturnirinə yekun vuruldu
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
“Shamkir Chess 2019”: beşinci turun oyunları keçirildi - FOTO
“Shamkir Chess-2018” super şahmat turnirinin iştirakçıları müəyyənləşdi
“Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası