
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Sportfm.az saytının xəbərinə görə, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb. Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb. Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.
Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.
Oxşar xəbərlər
Praqada Azərbaycan dueli
Cüdoçularımız Avropada 1-ci olublar
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
Cüdo yığmamız Avropa kubokuna 4 medalla başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Karateçi nazirimiz - FOTOLAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Berdıyev hakim idarəçiliyinə əsəbləşdi:"Oynamağa imkan vermirlər"
-
Kökçünün komandası kubokda qalib gəldi