reklam
Cüdoçularımız Avropada 1-ci olublar
Sportfm.az xəbər saytı

Cüdoçularımız Avropada 1-ci olublar


Çexiyada yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

Ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.
Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa kubokunu komanda hesabında birinci yerdə başa vurub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.

Oxşar xəbərlər

Praqada Azərbaycan dueli
17 idmançımızdan 4-ü medal qazandı
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər