reklam
Sportfm.az xəbər saytı

"Şah" son turu gözləməli oldu


Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir.

Sportfm.az xəbər verir ki, bu gün XIII turun görüşləri keçirilir. 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. "Şah" ağ fiqurlarla oynayıb. Partiya təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Gərgin keçən oyunda rusiyalı 39-cu gedişdə təslim olub. 

Bu partiyadakı qələbə ilə ikinci pilləyə yüksələn Şəhriyar qalib gəlmək üçün bütün ümidlərini son tura saxlayıb. Son turda Məmmədyarovun rəqibi Vladimir Kramnik olacaq.

Oxşar xəbərlər

Onun üçün ya davam, ya tamam oyunu
İlk qələbəsini azərbaycanlı üzərində qazandı
Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu
Şəhriyar Məmmədyarov II turu qələbə ilə başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər