İlk qələbəsini azərbaycanlı üzərində qazandı
Martın 24-də Berlində şahmat üzrə iddiaçılar turniri davam edib. Turnirin 12-ci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çin şahmatçısı Liren Dinq ilə görüşüb.
Sportfm.az xəbər verir ki, ağ fiqurlarla oynayan Ş.Məmmədyarovun Çin təmsilçisi ilə oyunu rəqibin üstünlüyü ilə başa çatıb. Bu şahmatçıların ilk dövrədəki qarşılaşması heç-heçə yekunlaşmışdı.
Bu görüşdən sonra hesabında iki qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 6,5 xal var.
Növbəti turda Ş.Məmmədyarovun rəqibi Aleksandr Qrişuk (Rusiya) olacaq.
Digər görüşdə rusiyalı şahmatçı Sergey Karyakin turnirin lideri Fabiano Karuanaya (ABŞ) 48-ci gedişdə qalib gəlib və onu qabaqlayaraq turnirdə liderliyə yüksəlib.
Tur çərçivəsində keçirilən Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan) görüşündə tərəflər xalları yarı bölüblər.
Hazırda Vladimir Kramnik (Rusiya) - Uesli So (ABŞ) qarşılaşması keçirilir.
Beləliklə, 12 turdan sonra aktivində 7 xal olan Sergey Karyakin turnir cədvəlində liderdir. Fabiano Karuana ikinci pilləyə enib. Hərəyə 6,5 xalı olan Liren Dinq, Aleksandr Qrişuk və Şəhriyar Məmmədyarov üçüncü, dördüncü, beşinci yerləri bölüşürlər.
İddiaçılar turniri martın 28-dək davam edəcək. On dörd dövrədən ibarət turnirin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan şahmatçı Londonda dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Şah"ın taca əli çatmadı
Onun üçün ya davam, ya tamam oyunu
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
İddiaçılar turnirində iddiasız heç-heçə
Məmmədyarov şahmat tacına iddiaçılar sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası