reklam
Sportfm.az xəbər saytı

"Messinin paltardəyişmə otağında ağladığını gördüm"


"Mançester Yunayted"in hücumçusu Aleksis Sançez futbolçu həyatının xüsusiyyətindən danıışıb.

Sportfm.az xəbər verir ki, çilili ulduz 2012-ci il Çempionlar Liqasının yarımfinal matçından sonra Messinin düşdüyü vəziyyəti xatırlayıb. Argentinalı futbolçu həmin oyunda penaltini dəqiq yerinə yetirməmişdi.

"Futbol bir çox insanları xilas edir. O, həyata dəbdəbə gətirə bilər. Amma çoxları meydandan kənarda çəkilən zəhməti görmür. Ailə üzvləri, ana və övladlarının ad günündə iştirak etməyə bilərsən. Futbolçu finalda məğlub olsa, ağlaya bilər. "Çelsi" ilə yarımfinal matçından sonra Messinin paltardəyişmə otağında ağladığını gördüm. Çünki belə futbolçular özlərinə qarşı tələbkardır. Bəzən insanlar bizi təkəbbürlü hesab edir. Bahalı maşın alanda lovğalanmaq istədiyini düşünürlər. Zaman-zaman qazandığım təcrübə sayəsində çox şey öyrəndim. Hamını razı salmaq olmur. Həmişə narazı qalan 1-2 nəfər tapılır. Mən futbolu sevirəm. İşim xoşuma gəlir. Sadəcə xoşbəxt olmağa çalışıram".

Oxşar xəbərlər

Messinin zədəsi sağaldı - Məşqlərə başladı
600 milyon avro - Messi üçün təzminat
Messinin "kasıb" villası - VİDEO
"Paltardəyişmə otağında Ronaldonu çox məyus gördüm” - Luka Modriç
"İctimaiyyət gey futbolçuları qəbul etməlidir" - Roberto Martines

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər