600 milyon avro -Messi üçün təzminat
Argentinalı futbolçu Lionel Messinin İspaniya "Barselona"sı ilə 5 illik yeni müqaviləsinin bəzi detalları bəlli olub.
Sportfm.az xəbər verir ki, anlaşmaya əsasən, 34 yaşlı futbolçu 2022/2023 mövsümün sonunda karyerasını başa vura bilər. Buna təcrübəli oyunçunun özü qərar verə bilər. Həmçinin o, 2 ildən sonra ABŞ-ın MLS liqasına yollana bilər.
Messinin yeni müqavilə üzrə "Barselona"dakı ilk mövsüm üçün məvacibi 20 milyon avro olacaq. Növbəti mövsümdə isə məbləğ artırılacaq. Tərəflər 2023-cü ildə əməkdaşlığa son qoysa, ulduz futbolçuya böyük məbləğdə təzminat ödəniləcək. Amma Messi "Barselona"da qalacağı təqdirdə maaşı yenidən azaldılacaq.
Yeni sözləşmədə hücumçunun təzminat qiyməti 600 milyon avro olaraq qeyd olunacaq.
Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.
Oxşar xəbərlər
Messinin imzalayacağı müqavilənin detalları bilindi - PSJ ilə
Messinin PSJ-dəki maaşı - 30 milyon
4 ilə 555 milyon avro - Messinin müqaviləsi
Messi "Mançester Siti" ilə anlaşdı - 700 milyon avro
Messiyə fantastik təklif - İllik 50 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası