reklam
Sportfm.az xəbər saytı

"İctimaiyyət gey futbolçuları qəbul etməlidir" -Roberto Martines


Belçika yığmasının baş məşqçisi Roberto Martines hesab edir ki, futbol ictimaiyyəti qeyri-ənənəvi cinsin nümayəndlərini qəbul etməlidirlər.

Sportfm.az xəbər verir ki, Martines futbol ictimaiyyətinin bu məsəldə tolerantlıq nümayiş etdirməli olduğunu deyib. O, gey futbolçuların paltardəyişmə otağında heç bir narahatlıq yaratmayacağını vurğulayıb:

"Paltardəyişmə otağı komandanın evidir. Orda sən müdafiə olunursan, hər kəs sənə hörmətlə yanaşır, səni sevirlər. Hesab etmirəm ki, gey futbolçuların paltardəyişmə otağında olması hansısa narahatlıq yaradacaq.

Əsas narahatlıq belə futbolçuların özlərinə iş tapa bilib-bilməyəcəyidir. Mənim üçün futbolçunun gey olub-olmamağının heç bir əhəmiyyəti yoxdur.

İnanmaq istəyirəm ki, cəmiyyət o dərəcədə inkişaf edib ki, belələrini qəbul etmək iqtidarındadır".

Oxşar xəbərlər

Qorxduğumuz başımıza gəldi - Namik əməliyyat olunacaq
"Paltardəyişmə otağında Ronaldonu çox məyus gördüm” - Luka Modriç
"İstefa edirəm, məndən bu qədər" - Ərsun Yanal
"Messinin paltardəyişmə otağında ağladığını gördüm"
Futbolçu paltardəyişmə otağında həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər