reklam
Tanınmış futbolçunun başı dərddə
Sportfm.az xəbər saytı

Tanınmış futbolçunun başı dərddə


"Mançester Yunayted"in ispan futbolçusu Ander Herreranın başı dərddədir.

Sportfm.az xəbər verir ki, 28 yaşlı futbolçu "Saragosa" forması geyinərkən 2011-ci ildə "Levante" ilə matçda rüşvət qarşılığında qanunsuz hərəkət etməkdə ittiham edilir. Lakin, Herrera iddiaları qəbul etməyib və futbolda ədaləti sevdiyini dilə gətirib.

"Saraqosa"nın 2-1 qalib gəldiyi matçdan sonra "Deportivo" aşağı liqaya düşmüşdü. Həmin matçla əlaqədar Herrera ilə yanaşı 41 futbolçu da dindiriləcək.

Hüquq-mühafizə orqanları matçdan sonra Herreranın klubdan böyük məbləğdə iki dəfə pul aldığını üzə çıxarıb. Pulun 1 milyon avrosunun "Levante"li futbolçulara verildiyi ehtimal edilir.

Qeyd edək ki, iddia sübuta yetirilərsə məhkəmə işində adları hallanan futbolçulara 6 aydan 4 ilə qədər həbs cəzası verilə bilər.

Oxşar xəbərlər

Klub prezidentinin başı dərddə
Neymarın başı dərddə - Həbs edilə bilər
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Ronaldoya iki il həbs cəzası veriləcək
Onu 6 illik diskvalifikasiya, 4 illik həbs cəzası gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər