Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası Selmet Şükürü 15 il müddətinə qədər həbs cəzası gözləyir.
Sportfm.az xəbər verir ki, Sakarya Prokurorluğu FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilən S.Şükür silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur. Onu 7 il 6 aydan 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəmə prosesi fevralın 5-də başlayacaq.
Qeyd edək ki, S.Şükür 2016-cı ilin avqustunda həbs olunub. H.Şükür və ailəsi isə 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a gedib.
Oxşar xəbərlər
Hakan Şükürün atasına cəza kəsildi - 3 il 1 ay 15 gün
Ronaldoya iki il həbs cəzası veriləcək
Hakan Şükür həbs ediləcək
Hakan Şükürün atası həbs olundu
Messi haqqında həbs cəzası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası