

Neymarın başı dərddə -Həbs edilə bilər
Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar korrupsiya işi üzrə məhkəmə qarşısına çıxmalı olacaq.
Sportfm.az xəbər verir ki, oktyabrın 17-də İspaniyada braziliyalı hücumçu və onun "Barselona" ilə müqaviləsindəki korrupsiya ittihamı üzrə əlaqədar daha 5 nəfərə qarşı məhkəmə prosesi başlanacaq.
Neymarın valideynlərinə, o cümlədən "Barselona"nın sabiq prezidentləri Sandro Rosel və və Xosep Maria Bartomeuya qarşı da məhkəmə iddiası qaldırılıb.
İddianı qaldıran Braziliyanın DIS şirkətidir. "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş bu şirkət hesab edir ki, "Barselona" bu keçid zamanı fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir.
Şirkət və prokurorluq hesab edir ki, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasına məhəl qoymadan, "Barselona" ilə iki saxta müqaviləyə qol çəkib.
Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasını istəyir.
Oxşar xəbərlər
Məhkəmə Neymara bəraət qazandırdı
Neymar Barcelona-ya uduzdu
Neymarın işinə xitam verildi - Fakt yetməzliyi
"Barselona" Neymarın qarşısına şərt qoydu
Futbolçu üçün saatda 4 min avro ödəyirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin