Yığmamız 26 ölkə arasında 3-cü oldu -Moskvada
Rusiyanın paytaxtı Moskvada ciu-citsu üzrə Avropa Çempionatı keçirilib.
Sportfm.az saytı xəbər verir ki, 26 ölkədən 1700 idmançının iştirak etdiyi turnirdə yığmamız da iştirak edib. Baş Məşqçi Azər Beydullayev və məşqçilər Nurəddin Daşdəmirov, Elçin Hüseynovun rəhbərliyi altında yeniyetmə idmançılarımız Ləman Hüseynova qızıl, Xəqani Mürsəlov və Nicat Süleymanlı gümüş, Həsən Səfərəliyev isə bürünc medal qazanıb. Gənclərin yarışında isə Nemət Məmmədov gümüş, Əli Hüseynov isə qızıl medal əldə edib. Böyüklərin mübarizəsində Azər Beydullayev və Nurəddin Daşdəmirov finalda məğlub olaraq, gümüş medala sahib olublar. Sonda medal sayına görə yığmamız 26 ölkə arasında 3-cü yeri tutub.
Oxşar xəbərlər
Yığmamız 4 medal qazandı
Cüdo yığmamız Avropa çempionu oldu - Uğur
Millimiz “Zəfər Kuboku”nda çempion oldu - UĞUR
Millimizdən tarixi uğur - Dünya 2-cisi oldular
Boks yığmamız Avropanın dördüncüsü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası