Millimiz “Zəfər Kuboku”nda çempion oldu -UĞUR
Yeniyetmə yunan-Roma güləşçiləri arasında Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nda Azərbaycanın U-17 millisi komanda hesabında çempion olub.
Sportfm.az xəbər verir ki, sözügedən yarışda 4 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan yığma 173 xal toplayıb.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olublar. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) üçüncü yeri tutublar.
Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib. Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıblar. Yığma 63 xalla 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan güləşçiləri turnirdə ümumilikdə 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medala yiyələniblər. Yarışda Azərbaycanı hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.
Oxşar xəbərlər
Turan Antalyada qızıl medal qazandı
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
Güləşçilərimiz “Victory cup”da çıxış edəcək
Beynəlxalq turnirdə 10 medal
Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası