Millimizdən tarixi uğur -Dünya 2-cisi oldular
Yunan-Roma güləşi üzrə millimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura imza atıb.
Sportfm.az xəbər verir ki, yığmamız məsul yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq, komanda hesabında dünya 2-cisi olub.
Belə ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında dünya çempionatında iştirak edən 8 idmançımızdan 5️-i fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov dünya çempionu olub. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, 3 qızıl və 2 bürünc medal əldə edən millimiz 119 xalla dünya ikincisi olub. İran (174) birinci, Ukrayna (93) isə üçüncü yeri tutub.
Qeyd edək ki, 119 xal bu yaş qrupu üzrə dünya çempionatlarında yunan-Roma güləşi üzrə yığmamız üçün yeni rekorddur. Həmçinin millimiz həm medalların əyarına, həm də sayına görə son 8️ ilin ən yaxşı nəticəsinə imza atıb.
Oxşar xəbərlər
Azərbaycan yığması Avropa çempionu oldu!
Azərbaycan güləşçilərindən rekord nəticə - Avropa çempionatı
Güləş millimiz 3-cü oldu - Dünya çempionatı
Yığmamız Avropa çempionu oldu! - VİDEO
Yığmamız Dünya çempionatında ikinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası