reklam
Cüdo yığmamız Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Cüdo yığmamız Avropa çempionu oldu -Uğur


25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.
Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1 hesabı ilə, ikinci görüşdə Almaniya yığmasını 4:2 hesabı ilə, yarımfinalda isə İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.
Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Oxşar xəbərlər

Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku
Avropada ən güclüyük - Cüdo üzrə
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Yığmamız Avropa çempionu oldu - Uğur
Azərbaycan cüdoçularından böyük uğur - Avropada birinci oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər