reklam
İlham Zəkiyevə yeni vəzifə verildi
Sportfm.az xəbər saytı

İlham Zəkiyevə yeni vəzifə verildi


Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

Sportfm.az xəbər verir ki, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.

Oxşar xəbərlər

Milli Paralimpiya Komitəsində yeni təyinatlar
Paralimpiya yığmalarımızda yeni baş məşqçilər - Təyinat
İlham Zəkiyevə yeni vəzifə verildi
İkiqat paralimpiya çempionu beynəlxalq Konfransda çıxış etdi - FOTO
İlham Zəkiyev cüdo üzrə paralimpiya yığmasının üzvləri ilə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər