reklam
İkiqat paralimpiya çempionu beynəlxalq Konfransda çıxış etdi -
Sportfm.az xəbər saytı

İkiqat paralimpiya çempionu beynəlxalq Konfransda çıxış etdi -FOTO


Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib.

Sportfm.az xəbər verir ki, İlham Zəkiyev tədbirdəki çıxışında Azərbaycanda Paralimpiya hərəkatı haqqında geniş bəhs edib, ölkəmizdə dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanla yanaşı, bütün sahələrin inkişaf etdiyini bildirib.

Paralimpiya çempionu tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, torpaqlarımızın bir hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyib. İlham Zəkiyev qeyd edib ki, sağlamlıq imkanlarını doğma torpağımız uğrunda, Qarabağ döyüşlərində itirib.

Sonda İlham Zəkiyevə Azərbaycan Gömrük Komitəsinin xatirə hədiyyəsi təqdim olunub.

Oxşar xəbərlər

İlham Zəkiyev gümüş medal qazandı - Avropa paralimpiya çempionatı
İlham Zəkiyev karantinə alındı - Tokio-2020
İlham Zəkiyev qazi ilə görüşdü - FOTO
İlham Zəkiyev cüdo üzrə paralimpiya yığmasının üzvləri ilə görüşdü - FOTO
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər