Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli Paralimpiya Komitəsində yeni təyinatlar
Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.
Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və İdman seleksiyası üzrə komissiya yaradılıb.
Məşqçilər Şurasının sədri vəzifəsinə MPK-nın baş katibi Kamal Məmmədov, Nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.
Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.
Oxşar xəbərlər
Milli Paralimpiya Komitəsində yeni təyinat
Paralimpiya Komitəsində baş katib vəzifəsi ləğv olundu
Milli Paralimpiya Komitəsində yeni təyinat
MPK-nin rəhbərliyində dəyişiklik edildi
İlham Zəkiyevə yeni vəzifə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası