İlham Zəkiyevə yeni vəzifə verildi
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçkiləri keçirilib.
Sportfm.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.
İdmançilar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçiib.
Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri, Hacı Əliyev isə İdmançılar Məsləhətçi Komissiyasının sədr müavini seçilib.
Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub.
Oxşar xəbərlər
AMADA direktoruna növbəti etimad
Tanınmış idmançılar MOK-da bir araya gəldi - FOTO
AMADA tədbir keçirdi - “Zəfərin Övladları”
AMADA-nın rəhbərinə yeni vəzifə verildi
Ruslan Abışov Komissiya üzvü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası