Rumıniya yığmasının üzvü "Qəbələ"də -FOTO
Azərbaycan Premyer Liqasında yaranan fasilədə bir neçə futbolçu "Qəbələ"ni tərk edib.
Sportfm.az saytı xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın əsas hədəfi olan rumıniyalı Filip Steliano ilə anlaşma əldə edilib. Hazırda, Rumıniya yığmasının 23 yaşlı futbolçusu 2012-ci ildən Buxarest "Dinamo"sunun şərəfini qoruyur. "Banatul" uşaq-futbol məktəbinin yetirməsi olan Filip yarımmüdafiənin sol cinahında oynayır. 2015-ci ildə İtaliya ilə matçda yığmada debüt edən Steliano ölkəsinin ən perspektivli futbolçularından biri hesab edilir.
Qeyd edək ki, "Qəbələ" rəsmiləri artıq futbolçunun meneceri ilə razılıq əldə edib. Əyalət təmsilçisi "Dinamo"nun üzvü ilə bir illik anlaşıb.
Oxşar xəbərlər
"Qəbələ" yığmanının üzvünü transfer etdi - FOTO
Ozobiçlə razılığa gələ bilmirik - Rəsmi
"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
"Qarabağ"ın maraqlandığı müdafiəçi toplanışa qatıldı
400 minlik futbolçu Azərbaycana gəlir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası