Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın maraqlandığı müdafiəçi toplanışa qatıldı
"Qarabağ"ın gündəmində olan müdafiəçi Steliano Filip klubu "Dinamo"nu tərk etməyə hazırlaşmır.
Sportfm.az xəbər verir ki, 24 yaşlı futbolçu komandası ilə birlikdə Kiprə yollanıb.
Belə ki, təlim-məşq toplanışı üçün Limassola gedən buxarestlilərin ölkə xaricindəki hazırlığına qatılan Filip eyni zamanda komandanın yeni kapitanı təyin edilib. O, yerli KİV-ə müsahibəsi zamanı "Dinamo"nun qarşıya qoyduğu hədəflərdən söz açıb, yeni transferlər barədə fikir bildirib.
Rumıniya millisinin üzvünün bu müsahibəsindən belə qənaətə gəlmək olar ki, o, karyerasını elə hazırkı komandasında davam etdirəcək.
Qeyd edək ki, Steliano Filip 2012-ci ildən "Dinamo"nun formasını geyinir.(apasport)
Oxşar xəbərlər
Emreli "Dinamo" ilə toplanışa yollandı
“Fənərbaxça”nın oyunçusu karyerasını Rusiyada davam etdirəcək
"Qarabağ"ın legioneri millimizdə oynayacaq - 2021-ci ildən
Rumıniya yığmasının üzvü "Qəbələ"də - FOTO
400 minlik futbolçu Azərbaycana gəlir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası