reklam
Ağırlıqqaldırma 2020-ci il olimpiadasının proqramından çıxarıla bilər
Sportfm.az xəbər saytı

Ağırlıqqaldırma 2020-ci il olimpiadasının proqramından çıxarıla bilər


Beynəlxalq Olimpiya Komitəsi (İOC) ağırlıqqaldırma növünü 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından kənarlaşdırmağa hazırlaşır.

Sportfm.az xəbər verir ki, bu barədə "Vatan" qəzeti İOC-dakı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Hazırda son 10 il ərzində götürülmüş dopinq-testlər araşdırılır. Təkrar müayinələrin nəticələri ağırlıqqaldırmanın Tokio olimpiadasının proqramında yer almasını şübhə altında qoyub. İOC Ümumdünya Ağırlıqqaldırma Federasiyasına (IWF) belə hallarla mübarizə üçün vaxt qoysa da, buna əməl olunmayıb. Nəticədə son müddət 2018-ci ilin ortalarınadək uzadılıb.

2012-ci il London olimpiadasının dopinq-testlərinin təkrar müayinəsi nəticəsində 40 pozuntu aşkarlanıb. Lakin IWF radikal tədbirlər görmək əvəzinə Tamaş Ayanı yenidən qurumun prezidenti seçib. Bu isə İOC prezidenti Tomas Baxın narazılığına səbəb olub. Yarım əsrdir idmanda rəhbər vəzifələrdə olan Ayan IWF prezidenti olmamışdan əvvəl baş katib postunu tutub.

Qeyd edək ki, ağırlıqqaldırma müasir Olimpiya Oyunlarının keçirilməyə başladığı 1896-cı il olimpiadasının proqramında yer alıb. Bu növ üzrə yarışlar yalnız 1900, 1908 və 1912-ci il olimpiadalarında olmayıb. Çoxsaylı antidopinq pozuntuları üzündən 10 ölkə son dünya çempionatına buraxılmayıb. Həmin ölkələr arasında Azərbaycan da var. (report.az)

Oxşar xəbərlər

Məsələnin həlli “Tokio-2020”dən sonraya qaldı
Olimpiadanın proqramından çıxarılır - Ağırlıqqaldırma
BOK AIBA-nın yenidən qurulmasında ümüdsizdir
Bu idman növü olimpiadadan çıxarıla bilər
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər