reklam
BOK AIBA-nın yenidən qurulmasında ümüdsizdir
Sportfm.az xəbər saytı

BOK AIBA-nın yenidən qurulmasında ümüdsizdir


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Boks Assosiasiyasının (AIBA) yenidən qurulmasında heç bir irəliləyiş görmür.

Sportfm.az xəbər verir ki, bu barədə BOK-un prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, prezident seçkiləri ilə bağlı söhbət getsə də, hələ ki, AIBA rəhbərliyində islahatlara dair irəliləyiş olmaması onları narahat edir.

BOK 2018-ci il noyabrın 30-da boksu Tokio Olimpiadasının proqramından çıxarmaqla bağlı qərar verib. Qərar AIBA ilə bağlı istintaq başladıqdan sonra qəbul edilib. Növbəti ildə - 2019-cu ilin may ayında isə BOK digər qərarla bu idman növünü Olimpiya Oyunlarının proqramında saxlayıb.

Qeyd edək ki, AIBA-nın konqresinin dekabrın 12-13-də keçirilməsi planlaşdırılıb. İclas zamanı AIBA-ya prezident seçkiləri keçiriləcək və beynəlxalq qurumun yeni nizamnaməsi qəbul ediləcək. 

Oxşar xəbərlər

AIBA prezidenti nə vaxt müəyyən olunacaq?
AIBA-nın prezidenti postunu birdəfəlik tərk etdi
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçildi
Boks olimpiada proqramından çıxarıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər