reklam
İspaniyalı baş məşqçi yığmamızdan ehtiyatlanır
Sportfm.az xəbər saytı

İspaniyalı baş məşqçi yığmamızdan ehtiyatlanır


"2018-ci ildəki ən vacib vəzifəmiz Avropa çempionu adını qazanmaqdı. Biz bu titulu yenidən əldən etmək üçün alışıb-yanırıq". 

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes deyib.  UEFA-nın rəsmi saytına müsahibə verən təcrübəli mütəxəssis Sloveniyada keçiriləcək qitə çempionatındakı hədəflərini açıqlayıb. AVRO-2018-in qrup mərhələsində Azərbaycan və Fransa milliləri ilə görüşəcək ispaniyalıların çalışdırıcısı rəqiblərini də dəyərləndirib: "Bütün hazırlığımız qızıl medallar qazanmağa yönəlib. Qrupdakı rəqiblərimizdən Fransa yarışın debütantıdı. Amma bu komanda son iki ildə çox inkişaf edib. Onlar oyun planı və yanaşmada da dəyişiblər. Azərbaycan millisi isə çox çalışqan komandadı. Düşünürəm ki, onlarla qarşılaşma çox çətin olacaq". 

Qeyd edək ki, D qrupunda mübarizə aparacaq Azərbaycan və İspaniya milliləri fevralın 4-də keçiriləcək III turda üz-üzə gələcək.

Oxşar xəbərlər

Ukrayna yığmasının yekun heyəti açıqlandı
İspaniyalı mütəxəssis: Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdu
UEFA: Azərbaycan millisini izləmək çox maraqlıdır
Azərbaycan millisi İspaniya və Fransa yığmaları ilə qarşılaşacaq
David Qarsiya millimizə qarşı oynayacaq - İspaniya heyəti açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər