David Qarsiya millimizə qarşı oynayacaq -İspaniya heyəti açıqladı
Azərbaycan milli komandasının AVRO-2018-in final mərhələsində rəqibi olan futzal üzrə İspaniya yığmasının heyəti açıqlanıb.
Sportfm.az saytının apasport.az-a istinadən məlumatına görə, baş məşqçi Xose Venansio Lopes yanvarın 30-da start götürəcək yarışın hazırlıqlarına 25 oyunçu ilə başlamağa qərar verib.
D qrupunda Azərbaycan və Fransa ilə qarşılaşacaq pireneylilər Sloveniyadakı turnir üçün ilkin heyəti artıq UEFA-ya təqdim edib. Lopes həlledici qarşılaşmalara qədər 14 nəfərlik heyəti müəyyənləşdirmək üçün seçim apararaq 11 oyunçudan imtina etməlidi. Baş məşqçinin siyahısında 4 qapıçı, 8 müdafiəçi və 13 hücumçu yer alıb.
Qeyd edək ki, qrup mərhələsinin son turunda keçiriləcək İspaniya - Azərbaycan oyunu fevralın 4-də baş tutacaq.
Qapıçılar: Xesus Errero, Pako Sedano, Karlos Barron, Juanju;
Müdafiəçilər: Ortiz, Andresito, Mark Tolro, Lolo, Xose Ruis, Aykardo, David Qarsia, Bebe;
Hücumçular: Lin, Migelin, Rafa Usin, Solano, Adolfo, Xoselito, Ruben Lenos Merino, Pola, Adri, Raul Kampos, Serxio Lozano, Aleks, Daniel Saldis Martinikorena.
Oxşar xəbərlər
Portuqaliyanın heyəti açıqlandı - Millimizlə oyun üçün
Kolumbiyanın dünya çempionatı üçün yekun heyəti açıqlandı
Kolumbiya yığmasının heyəti məlum oldu - SİYAHI
DÇ-2018: Daha bir ölkənin heyəti məlum oldu
İspaniyalı baş məşqçi yığmamızdan ehtiyatlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası