Tofiq Eyvazov: Perspektivli idmançıların milliyə cəlb olunmasına diqqət yetirilir
2017-ci il Azərbaycan idmanı üçün uğurlu oldu. Cari ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edildi. Yüksək təşkilatçılıq Azərbaycanın təkcə Avropada deyil, İslam ölkələri arasında da lider dövlət olmasının göstəricisidir.
Sportfm.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi, Əməkdar Məşqçi Tofiq Eyvazov AZƏRTAC-a müsahibəsinə deyib.
Bildirib ki, əldə olunan bu uğurlar bizim məsuliyyətimizi bir az da artırır. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Bütün bunlar ölkəmizin nüfuzundan, iqtisadi cəhətdən yüksəlişindən və tərəqqisindən xəbər verir.
“Cari ildə Hacı Əliyev güləş, Məhəmmədrəsul Məcidov isə boks üzrə üçqat dünya çempionu adını qazandılar və ölkəmizin üçrəngli bayrağını dünya çempionatında dalğalandırdılar. İdmanda inkişaf maddi-texniki bazaya əsaslanır. Gənclər və İdman Nazirliyi həmişə bunu diqqət mərkəzində saxlayır. Perspektivli idmançıların aşkarlanması və milli komandaya cəlb olunması, yığmanın heyətinin formalaşdırılması istiqamətində lazımi addımlar atır. Sinqapurda və Çində təşkil olunan yeniyetmələrin Yay Olimpiya Oyunlarında əldə olunan nailiyyətlər gənc idmançılar üçün yaradılan şəraitin bəhrəsidir”, - deyə Tofiq Eyvazov əlavə edib.
Oxşar xəbərlər
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
İdman jurnalistləri üçün ustad-dərsi təşkil olundu
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
Sabirabadda yunan-Roma güləşi üzrə zona birinciliyinin açılışı oldu
Mansurov: "Cüdoçularımızın da qızıl medal qazanmaq vaxtıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası