Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Final oyunlarının məkanları müəyyənləşdi -Çempionlar Liqası
UEFA müxtəlif klub turnirlərinin qarşıdakı illərdə keçiriləcək final oyunlarının məkanlarını müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, qərarlar UEFA İcraiyyə Komitəsinin Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul olunub.
Çempionlar Liqasının 2028-ci il finalı Münhendəki “Munich Football Arena”da, 2029-cu il finalı isə Barselonadakı “Kamp Nou”da keçiriləcək.
Digər turnirlərin final məkanları da açıqlanıb:
Qadınlar Çempionlar Liqası: 2028 – Lion, 2029 – Kardiff
Avropa Liqası: 2028 – Buxarest, 2029 – Belqrad
Konfrans Liqası: 2028 – Turin, 2029 – Budapeşt
UEFA Superkuboku: 2027 – Amsterdam, 2028 – Astana
Futzal üzrə Çempionlar Liqası: 2027 – Bil/Biyenn (İsveçrə)
İclasda həmçinin Millətlər Liqasının 2026/27 mövsümü üçün yüksəlmə və aşağı liqaya düşmə sistemində dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər 2028/29 mövsümündən turnirin dörd deyil, üç liqadan ibarət yeni formata keçidi ilə əlaqədardır.

Oxşar xəbərlər
Superkubok Qazaxıstanda - RƏSMİ
Avro-2028-in biletləri 30 avrodan başlayacaq
Final oyunu üçün biletlər satışda
Final Madriddə olacaq - Çempionlar Liqası 2027
Ev sahibləri də seçmə mərhələdə - Avro-2028
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası