reklam
Gimnastlarımız Dünya çempionatında gümüş medal qazandı
Sportfm.az xəbər saytı

Gimnastlarımız Dünya çempionatında gümüş medal qazandı


İspaniyanın Pamplona şəhərində 11–13 sentyabr tarixlərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəni qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.

Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

Oxşar xəbərlər

Gimnastlarımız dünya çempionatının finalında
Gimnastlarımız qızıl medal qazandı - Dünya kuboku
Gimnastlarımız Avropa çempionu oldu - Uğur
Azərbaycan gimnastları finala vəsiqə qazandı
Gimnastlarımız Dünya Oyunlarında gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər