Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
Dekabrın 15-də Milli Olimpiya Komitəsində (MOK) “İslam həmrəyliyi və ədalətli oyunlar” mövzusunda konfrans və Ədalətli Oyunlar Komissiyasının mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Çingiz Hüseynzadə cari ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Başa çatmaqda olan ilin ölkə idmanı üçün uğurlu olduğunu deyən vitse-prezident 2017-ci ildə iki idmançımızın üçqat dünya çempionu adını qazandığını və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında komanda hesabında birinci yeri tutmasını ən mühüm nailiyyətlər kimi qiymətləndirib.
MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev “İslam həmrəyliyi və ədalətli oyunlar; Azərbaycanda ədalətli oyunlar hərəkatının yaranma tarixi, təbliği və inkişafı” mövzusunda məruzə ilə çıxış edib. X.İsayev məruzəsində ölkəmizdə ədalətli oyunlar hərəkatının inkişafından, bu istiqamətdə həyata keçirilən layihələrdən və ölkə idmanında qazanılan uğurlardan danışıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, idmançılarımızın beynəlxalq arenada ölkəmizi ləyaqətlə təmsil etdiklərini, beynəlxalq idman qurumlarının irimiqyaslı yarışların təşkilini heç bir tərəddüd etmədən ölkəmizə həvalə etdiklərini və qonaqların respublikamızdan xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Cüdoçumuz beynəlxalq mükafata layiq görüldü - FOTO
Xəzər İsayev AƏOH-un üzvü seçildi - Təyinat
MOK-un 20 illik yubiley mərasimi keçirildi
MOK-un vitse-prezidenti Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edildi
Rio-2016: İslam Həmrəylik Oyunları Rioda təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası