Sabirabadda yunan-Roma güləşi üzrə zona birinciliyinin açılışı oldu
Dekabrın 9-da Sabirabad Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr edilən yunan-Roma güləşi üzrə açıq zona birinciliyinin açılış mərasimi olub.
Sportfm.az xəbər verir ki, mərasimdə əvvəlcə idmançılar arenaya daxil olduqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov açılış mərasimində çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Yeniyetmələri vətənpərvər ruhda böyüməyə səsləyən T.Eyvazov vətən uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıb.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Gənclər və İdman Nazirliyinin rəsmisi gələn il Argentinada təşkil olunacaq yeniyetmələrin III Olimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış edəcəyinə əminliyini bildirib.
Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov aprel döyüşlərində şəhid olan Murad Mirzəyevin keçdiyi rəşadətli həyat yolundan danışıb. Qeyd edib ki, güclü idmançı və bacarıqlı hərbçi olan Murad torpaqlarımızın yağı düşməndən müdafiəsində əvəzolunmaz xidmətlər göstərib. Murad Mirzəyev təkcə ailəsinin və sabirabadlıların deyil, bütün Azərbaycanın fəxridir.
Azərbaycanın Milli Qəhrəmanının atası Telman Mirzəyev yarışın təşkilatçılarına minnətdarlığını bildirib və iştirakçılara uğurlar arzu edib.
Sabirabad rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Bakı ilə yanaşı, 14 rayondan 200-dən çox güləşçi birincilik uğrunda mübarizə aparıb.
2004-2006-cı il təvəllüdlü güləşçilər arasında keçirilən yarış Dünya Güləş Birliyinin qaydalarına əsasən təşkil edilib.
Yarışın baş hakimi Cəfər Teyfi-İbrahimzadə, baş katibi isə Oqtay Mehdiyev olub.(azərtac)
Oxşar xəbərlər
Taekvondoçular bu dəfə Ağsuda toplandı - FOTO
Bakıda ağır atletika üzrə açıq turnir keçiriləcək
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
Güləş üzrə zona birinciliyində 200-dən çox idmançı mübarizə aparır
Kikboksçular Bərdədə yarışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası