reklam
Sportfm.az xəbər saytı

"Buraxdığımız qollar məni məyus edir" -Zaur Həşimov


Misli Premyer Liqasının 5-cü turu çərçivəsində debütant “Şəfa” “Sabah”a 0:3 hesabı ilə məğlub olub.

Sportfm.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matç haqda fikirlərini bölüşüb:

"İlk qolu buraxana qədər oyundan razı idim. Daha çox topa sahib olur, hücumlar qururduq. Əlbəttə, rəqibin gücünü də nəzərə alırıq. Çox yaxşı komandaya qarşı oynadıq. Bu, 4 gün əvvəl “Mançester Yunayted”lə qarşılaşan komandadır. Düşünürəm ki, “Sabah”a qarşı layiqli mübarizə apardıq.

Sadəcə, buraxdığımız qollar məni məyus edir. Artıq neçə oyundur ki, öz səhvlərimizdən belə qollar buraxırıq. Ümumilikdə komandamdan razı qaldım. “Şəfa” oyunu ilə çempionata rəng qata bilib. Düşünürəm ki, gələcəkdə daha yaxşı oynayacağıq".

Baş məşqçi komandasının ən çox qol buraxan və ən az qol vuran iki komandadan biri olması ilə bağlı sualı belə cavablayıb:

"Bu, bizi əlbəttə narahat edir. Çempionluğa oynayan komandalardan daha çox qol buraxmışıq. Bununla barışmırıq. Bu rəqiblərə qarşı tədbir görməliyik".

Mütəxəssis qapıçı Nicat Mehbalıyevin səhvlərə yol verməsinə də münasibət bildirib:

"Nicat bizim futbolçumuzdur. O, bilir ki, digər qapıçılarla rəqabət olacaq. Bu, Nicatı cəzalandırmaq üçün deyil"./qol.az/

Oxşar xəbərlər

Valdas Dambrauskas tənqidi hörmətsizlik kimi qəbul edir
"Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik" - Kurban Berdıyev
Baş məşqçimiz qorxmaqdan danışdı - Siyasət Əsgərov
"İordaniya yaxşı komandadır" - De Byazi
“Çalışacağıq ki, həmin oyunda daha yaxşı çıxış edək” - Rəşad Sadıqov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər