Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Valdas Dambrauskas tənqidi hörmətsizlik kimi qəbul edir
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah" "Şəfa"ya 3:0 hesabı ilə qalib gəlib.
Sportfm.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:
“Çempionlar Liqasından sonra belə oyunlara köklənmək çətindir. Amma futbolçularımın yanaşmasından razı qaldım. Yaxşı oynadıq. “Old Trafford”dan sonra bura gəlib oynamaq asan deyil. Bəyənmədiyim məqamlar da oldu. İlk hissədə səhvlərə yol verdik və bundan sonra rəqib qapımıza 5-6 zərbə endirdi. İngiltərədəki oyunda da belə səhvlər etmişdik.
Rotasiyalar etdik. Matça yaxşı və yüksək intensivliklə başladıq. İlk hissədə iki qol vurduq, daha çox da vura bilərdik. “Şəfa”nın da haqqını vermək lazımdır. Onlar yaxşı oynadılar. İkinci hissəyə də yaxşı başladıq və topa daha çox sahib olduq. Ümumilikdə razı qaldım. Bəzi futbolçulara istirahət verdim. Qarşıda “İmişli” ilə oyun var və ona hazırlaşacağıq".
- “Sabah”ın “Mançester Yunayted”ə qarşı müdafiə futbolu oynamayıb açıq futbol nümayiş etdirməsi tənqid olundu. Buna münasibətiniz necədir?
- Futbolda ən asan şey tənqid etməkdir. Hər kəs öz fikrini bildirə bilər. Biz işimizi yaxşı görməyə çalışırıq. Tənqidə sakit yanaşıram və bu, işimizə təsir etmir.
- Xüsusilə Rəhman Daşdəmirov “Mançester Yunayted”lə oyundan sonra tənqid olundu.
- Əvvəllər deyirdilər ki, azərbaycanlı futbolçular niyə oynamır. Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində oynayır. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Mən öz futbolçularımızın qədrini bilməyi məsləhət görərdim. Onlar böyük işlər görürlər. Belə tənqidi qəbul etmirəm və bunu hörmətsizlik kimi qiymətləndirirəm.
- Komanda mövsümə yaxşı başlayıb. Bütün mövsümü bu tempdə davam etdirməyə gücünüz çatacaq?
- Matçdan-matça öz məqsədimizə doğru irəliləyəcəyik. Hazırda bu barədə danışmaq çətindir. Əla komandamız və heyətimiz var. Böyük potensiala sahibik. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm./qol.az/

Oxşar xəbərlər
Valdas azarkeşləri stadiona səslədi
Gürcü məşqçi Naxçıvan klubuna çox qol vurmaqdan danışdı
Krunoslav Renduliç "Sabah"a inanır
Ray Farruciya: "Azərbaycan fantastik komandadır"
"Şerif"in baş məşqçisi:"Hücum edə bilməzdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası