reklam
“Kəpəz” – “Sumqayıt” oyununun biletləri satışda
Sportfm.az xəbər saytı

“Kəpəz” – “Sumqayıt” oyununun biletləri satışda


”Kəpəz” Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 20-də Gəncə Şəhər Stadionunda “Sumqayıt”ı qəbul edəcək.

Sportfm.az xəbər ki, bu oyunun biletləri bu gündən etibarən satışa çıxarılıb.

“Sarı-göylər”in son iki ev matçında olduğu kimi, qiymətlər dəyişməz qalıb. Futbol həvəskarları həm “iticket.az” saytı vasitəsilə, həm də stadionun kassalarında 2-20 manat dəyərində olan biletlər arasında seçim edə bilərlər.

Bu, milli komandaların beynəlxalq oyunları ilə əlaqədar fasilə ərəfəsində “Kəpəz”in axırıncı ev qarşılaşmasıdır. “Sarı-göylər” doğma azarkeşlər önünə növbəti dəfə oktyabrın ortalarında çıxacaqlar.

“Kəpəz”in ev oyunlarını Gəncə Şəhər Stadionunda rekord sayda azarkeş izləyir: 13500 (30 avqust, “Turan Tovuz”la oyun), 15000 (4 sentyabr “Şamaxı” ilə görüş) və 11000 tamaşaçı (12 sentyabr, “Qəbələ” qarşı matç).

Oxşar xəbərlər

“Kəpəz” – “Qəbələ” matçının biletləri satışda
“Neftçi” – “Kəpəz” oyununun biletləri satışda
"Turan Tovuz" - "Sabah" oyununun biletləri satışda
"Turan Tovuz" – "Sumqayıt" oyununun biletləri satışda
“Sabah” – “Kəpəz” oyununun biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər