reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz": "Son vaxtlar sistemli təzyiqlərlə üzləşirik"


Sportfm.az xəbər verir ki, "Turan Tovuz” Premyer Liqanın 5-ci turunda “Araz-Naxçıvan”la görüşdən sonra açıqlama yayıb.

“Turan Tovuz”un 2:2 hesabıyla başa çatan bu oyundan sonrakı açıqlamasını təqdim edirik:

“Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq, qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.
Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasız.

“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!”


Oxşar xəbərlər

“Turan Tovuz”da ayrılıq - 2 futbolçu getdi
"Turan Tovuz" azarkeşləri boykota gedir - ETİRAZ
“Araz-Naxçıvan” “Turan Tovuz”la bərabərə qaldı
“Turan Tovuz”un tarixində bir ilk
"Turan Tovuz" "Araz Naxçıvan"a qarşı - Yoxlama matçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər