reklam
ABŞ yığması Koreyaya gedəcəkmi? -
Sportfm.az xəbər saytı

ABŞ yığması Koreyaya gedəcəkmi? -Qərar açıqlandı


ABŞ milli yığmasını Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verib.

Sportfm.az xəbər verir ki, bu barədə Fox News telekanalının efirində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

Ona “Vaşinqton Koreya yarımadasında gərginliyin artmasına baxmayaraq, ABŞ yığmasını 2018-ci il Olimpiya oyunlarına göndərməklə bağlı qərar qəbul edibmi?” sualı verilib.

“Bəli, biz olimpiya yığmasını tam tərkibdə göndərməyə hazırlaşırıq”, - deyə diplomat cavab verib.

Xatırladaq ki, bir müddət öncə Heyli ABŞ yığmasının Phençhanda keçiriləcək Qış Olimpiya oyunlarına qatılmasının tövsiyyə olunması məsələsinin hələ açıq qaldığını bildirmişdi.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.(oxu.az)

Oxşar xəbərlər

Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Onlar olimpiadada iştirak edəcək, xərcini başqaları ödəyəcək
BOK Şimali Koreyanı alqışladı
Cənubi Koreya Şimali Koreyanı Olimpiadada görmək istəyirmi?
Rusiya 208 idmançı ilə Olimpiadaya qatılacaq - Neytral bayraq altında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər