Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya 208 idmançı ilə Olimpiadaya qatılacaq -Neytral bayraq altında
Rusiya Olimpiya Komitəsi (ROK) 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya oyunlarında iştirak barədə qərar qəbul edib.
Sportfm.az xəbər verir ki, ROK-nin mətbuat xidmətinin rəhbəri Konstantin Vıbornov 208 nəfər Rusiya idmançısının yarışlarda neytral bayraq altında iştirak edəcəklərini bildirib.
“Biz Olimpiya oyunlarına qatılmaq istəyən idmançılarımızı dəstəkləyirik, lakin yarışlarda iştirak etməməyə qərar verənlərin mövqelərinə də hörmətlə yanaşırıq. Biz bütün idmançılarımızla əməkdaşlığımızı davam etdirəcəyik və onlara dəstək olacağıq,” – deyə Vıbornov bildirib.
Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Çin Olimpiya Oyunlarına 405 atletlə qatılacaq
Rusiyanın üzvlüyü bərpa olundu
Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası