reklam
BOK Şimali Koreyanı alqışladı
Sportfm.az xəbər saytı

BOK Şimali Koreyanı alqışladı


Beynəlxalq Olimpiya Komitəsi (BOK) KXDR-in 2018-ci ildə Cənubi Koreyada keçiriləcək qış Olimpiya Oyunlarında mümkün iştirakını alqışlayır.

Sportfm.az xəbər verir ki, MOK-un nümayəndəsi təmsil etdiyi qurumun KXDR və Cənubi Koreya hökumətlərinin bununla bağlı danışıqlara başlamaq niyyətindən məmnunluğunu bildirib. Onun sözlərinə görə, MOK Şimali Koreya Milli Olimpiya Komitəsinə dəvətnaməni qüvvədə saxlayır və öz növbəsində son qərarı qəbul edəcək.

Bir müddət əvvəl Cənubi Koreya Prezidenti Mun Çe-in öz hökumətinə şimal qonşuları ilə onların Olimpiadada mümkün iştirakı barədə danışıqlara hazırlaşmaq tapşırığı verib. Bu addım KXDR lideri Kim Çen Inın yeni il müraciətində ölkəsinin qış Olimpiya Oyunlarında iştiraka hazır olması barədə bəyanatına cavab olaraq atılıb. Olimpiadada iştirak barədə ərizə verilməsinin müddəti başa çatsa da, yanvarın ortalarınadək KXDR-in texniki cəhətdən yarışlara öz idmançılarını göndərmək imkanı hələ qalır.

Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
İki Koreya idmanda birləşir
Onlar olimpiadada iştirak edəcək, xərcini başqaları ödəyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər