reklam
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Sportfm.az xəbər saytı

Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək


Şimali Koreya idmançıları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.
“Mən xoşbəxtəm ki, Koreya Xalq Demokratik Respublikasından olan idmançıların 2018-ci ildə Qış Olimpiya Oyunlarında iştirak edəcəklərini elan edirəm. Bu gün xüsusi qərarı qəbul etdik və Şimali Koreyaya 22 idmançıdan ibarət kvota ayrıldı. Onları 24 məşqçi və rəsmi şəxsi müşayiət edəcək", - deyə o bildirib.
Nümayəndə heyətinə həmçinin, 21 KİV nümayəndəsi daxil ediləcək.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının idmançıları Cənubi Koreya olimpiyaçıları ilə vahid bayrağın altında çıxış edəcəklər. Qış Olimpiya oyunları fevralın 9-dan 25-dək keçiriləcək.

Oxşar xəbərlər

Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlandı
Koreyalılar qərarını verdi - Açılış mərasiminə vahid bayraq altında qatılacaqlar
İki Koreya idmanda birləşir
BOK Şimali Koreyanı alqışladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər