Böyük Britaniya səfiri "Qarabağ"ın azlıqda qalmasına təəssüfləndi
"Təəssüf ki, "Qarabağ" oyunun əvvəlində azlıqda qaldı və uzun müddət 10 nəfərlə oynadı. Stadiondakı ab-hava gözəl, arenanın özü isə möhtəşəm idi".
Sportfm.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft deyib. Xanım diplomat "Qarabağ"ın uğurlarına və Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərə diqqət çəkib: "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlişi erkən baş verdi. Bu da Azərbaycan futbolu tarixində əlamətdar nailiyyətdir. Belə qısa vaxtda Azərbaycanda milli komanda, yerli klublar, uşaq futbolu inkişaf etdirildi, istedadlı futbolçular üzə çıxır. Bunların hamısı böyük nailiyyətdir".
Qeyd edək ki, "Qarabağ" ötən gün İngiltərənin "Çelsi" klubuna 0:4 hesabı ilə uduzaraq Çempionlar Liqasında qrup mərhələsini dəf edə bilməyib.
Oxşar xəbərlər
"Qarabağ"ın ən ağır ev məğlubiyyəti
Britaniya səfirindən "Qarabağ" və "Çelsi"yə dəstək
"Qarabağ" pərən-pərən
Azad Rəhimov: "Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu"
"Qalatasaray"dan "Qarabağ"a təbrik: Qürur duydyq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası