Azad Rəhimov: "Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu"
"Qarabağ" futbol klubunun qələbəsi Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu.
Sportfm.az xəbər verir ki, bunu Trend-ə gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimov vurğulayıb ki, Azərbaycanın əzəli torpağı olan Qarabağın adını öz klublarında yaşatmaqla bərabər, futbolçularımız bu klubun adını tarixə də yaza bildilər: "Dünən minlərlə insan qələbə sevincini bölüşmək üçün bir araya gəldi. Mən bütün komandamıza bizə bu qürur hissini yaşatdıqlarına görə təşəkkür edirəm, onları ürəkdən təbrik edirəm və yeni qələbələr arzulayıram". Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
"Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm" - Rəşad Sadıqov
Prezident və xanımı dünya çempionunu təbrik etdi
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi
"Qalatasaray"dan "Qarabağ"a təbrik: Qürur duydyq
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası