reklam
İnanılmaz texnikaya malik
Sportfm.az xəbər saytı

İnanılmaz texnikaya malik "Sumqayıtlı Messi" -VİDEO


Azərbaycan futbolunda Sumqayıtın özünəməxsus yeri var. İllərdir ölkə futboluna xeyli sayda istedadlı oyunçu "bəxş edən" "Gənclik şəhəri"ndə yeni ulduz parlayır. Söhbət 9 yaşlı İsmayıl Tapdıqovdan gedir. Hazırda Sumqayıtın "Polad" komandasında Rəşad Muradovun rəhbərliyi altında məşq edən İsmayıl inanılmaz texnikası ilə görənləri heyran qoyur. Sportfm.az saytına danışan Rəşad Muradov kiçikyaşlı futbolçu haqqında bunları dedi:"İsmayıl texnikalı oyuna üstünlük verir. Çoxları deyir ki, oyun tərzinə görə Messiyə oxşayır. Mükəmməl texnikası ilə yanaşı, topa toxunuşu, nəzarəti, meydan gözəl görməsi yüksək səviyyədədir. Düşünürəm ki, belə davam edərsə, gələcəkdə yaxşı futbolçu ola bilər". 

Qeyd edək ki, "Polad"ı çalışdıran Rəşad Muradov əvvələr Təhsil RİM-də işləyib. Daha sonra işdən çıxarılan mütəxəssis Sumqayıtda Ruslan Poladovla birlikdə "Polad" komandasını yaradıb. "Sumqayıtlı Messi"nin(9 nömrə) videosuna aşağıda baxa bilərsiniz. 

 

Oxşar xəbərlər

Səngər Generalı, Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilir
Rəşad Sadıqov yaxşı futbolçuları komandadan niyə qovub?
"Qarabağ"ın baş məşqçisi Polad Həşimovun övladları ilə görüşdü - FOTO
Balaca ulduz gələcəyini Azərbaycanla bağlayır - Rubrika
Rəşad Sadıqov "Beşiktaş"ın 2 futbolçusuna dəvət göndərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər