Balaca ulduz gələcəyini Azərbaycanla bağlayır -Rubrika
Azərbaycandan kənarda xeyli sayda idmançımız var ki, gələcəkdə milli komandamızın şərəfini qorumaq istəyir. Son illər xaricdə dünyaya gələn və yaxud köçüb qərib ölkədə yaşayan bir çox istedadlı idmançılarımız müxtəlif idman növləri üzrə Azərbaycan millisinin heyətinə cəlb ediliblər. Həmin gənclər Azərbaycanda yaşamasalar da, ürəkləri daim üçrəngli bayrağımızla yanaşı döyünüb. Belə idmançılardan biri də, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır.
Sportfm.az saytının Rusiya Federasiyasının ikinci böyük şəhərinin "Premium Sport" idman klubunun üzvü olan 5 yaşlı istedadlı Adelya Talıbovanı sizlərə təqdim edir. 3 yaşından bədii gimnastika ilə məşğul olan bu qızcığaz cəmi iki ildir məşq etməsinə baxmayaraq, adından söz etdirə bilib. Arxada qalan müddət şəhər birinciliklərində çıxış edən balaca idmançı dəfələrlə qızıl medal qazanıb. Təcrübəli məşqçi Mariya Oleqovnanın yetirməsi olan Adelya potensialı ilə göz qamaşdırır.
Qızının gələcəkdə Azərbaycan yığmasının şərəfini qorumasını istəyən ana Rəşadə Orucova bunları deyir: Adelya məşqə böyük həvəslə gedir. Məşqçiləri də ondan çox razıdı. Onların fikrincə, qızım bu tempdə davam edərsə, gələcəkdə yaxşı idmançı ola bilər. Biz ona böyük ümidlər bəsləyirik. Adelya tez-tez Azərbaycan haqqında soruşur. O, burda dünyaya gəlib, ancaq həmişə üçrəngli bayrağımızı yanında gəzdirir. Yaşı az olsa da, daim deyir ki, mən Azərbaycan üçün çıxış etmək istəyirəm. İnanıram ki, bu arzusu həyata keçəcək.
Qeyd edək ki, bu kiçikyaşlı azərbaycanlı bədii gimnast çox böyük rəqabətin yaşandığı Sankt-Peterburqda müxtəlif yarışların qalib olub, üstəlik onun xalça üzərində çıxışlarını izləyən mütəxəssislər bildirir ki, Adelya gələcəkdə mütləq adından söz etdirəcək. Nə deyirik, balaca ulduz, çalış, inkişaf elə və qarşıdakı illərdə beynəlxalq yarışlarda üçrəngli bayrağımızı dalğalandır.


Oxşar xəbərlər
"Nəticəmdən razıyam, bu mənim ilk yarışım idi" - Balaca gimnast
“O vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi” - VİDEO
Gənclərimizə və idmançılarımıza çağırış - "Üç rəngli bayrağımızı dalğalandıraq"
Azərbaycan yığmasında çıxış etməyi arzulayan Diyana - Uğur
Azərbaycanlı idmançı Almaniyada döyüşə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası














Misli Premyer Liqası