reklam
Sportfm.az xəbər saytı

"Standard" qalib gəldi, "Qarabağ"ın matçı təxirə salındı


Futzal üzrə Birinci Liqada III tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun ikinci oyun günü lider “Baku Fire”nin məğlubiyyəti ilə yadda qalıb. Fasiləyə minimalhesablı qələbə ilə yollanan lider ikinci hissədə duruş gətirə bilməyib və yekunda ilk məğlubiyyəti ilə barışmalı olub. Maraqlıdır ki, top fərqinə görə ikinci pillədə yer alan “İtaldizayn” da böyükhesablı yenilgi ilə turu qapayıb. “Yeni Günəşli” isə aktivinə ilk qələbəsini yazıb. Bu nəticələrdən sonra turnir cədvəlinin zirvəsində də dəyişiklik baş verib. Üç oyundan maksimum xal toplayan “Green Log” vahid lider olub. İkinci-səkkizinci pillələrdə yer alan komandaların aktivində isə 6 xal var. “Qarabağ” digər komandalarla müqayisədə bir oyun az keçirib. Qeyd edək ki, “Qarabağ” – “Qrafika” matçı ikincilərin federasiyaya müraciəti əsasında qeyri-müəyyən vaxta təxirə salınıb.
“İtaldizayn” – “Hell Energy” 1:10
“Baku Fire” – “Standard” 3:8
“Star” – “Yeni Günəşli” 0:6

Oxşar xəbərlər

"Baku Fire" çətin sınaq qarşısında
"Qarabağ" 29 top vurdu, lider dəyişdi
Görüşlərin vaxtında dəyişiklik edildi - Azərbaycanda
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
“Baku Fire” liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər