reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" 29 top vurdu, lider dəyişdi


Futzal üzrə Birinci Liqada XV turun 4 oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, lider yenə dəyişib. Belə ki, ötən tur zirvəyə yüksələn “Green Log” “taxt”da cəmi bir həftə oturub. Belə ki, komanda “Yeni Günəşli” ilə matçın birinci hissəsini qalib başa vursa da, ikinci hissədə üstünlüyü əldən verib və “Qarabağ”ın birinci pilləyə yüksəlməsinə mane ola bilməyib. Ən böyükhesablı qələbəni isə “Qarabağ” aktivinə yazdırıb. Autsayderlə duelin əvvəlində hesabda geri düşən “Qarabağ” rəqibini bu addımına görə sərt “cəzalandırıb”. “İtaldizayn” və “Standard” da aktivlərinə 3 xal yazdırıb.
“Romana” – “Qarabağ” 3:29
“Baku Fans” – “İtaldizayn” 1:4
“Standard” – “Star” 7:0
“Green Log” – “Yeni Günəşli” 2:5
Tura bu gün yekun vurulacaq. Olimpik Starda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
Saat 18:00 “Gilan” – ADBTİA
Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Tofiq Şükürov
Saat 19:00 “Yasamal-2” – “Baku Fire”
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı
Hakim-inspektor: Tofiq Şükürov
Saat 20:00 “Hell Energy” – U-17
Hakimlər: Hikmət Qafarlı, Yusif Nurullayev
Hakim-inspektor: Aydın Gözəlov

Oxşar xəbərlər

Bu dəfə Olimpik Star lazım olmadı
Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu
17 yaşlılardan ibarət yığmamız ilk qələbəsini qazandı
17 yaşlılarımızın oyunu Nurullayevə tapşırıldı
“Baku Fire” liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər